おたくに関する噂

おたくに関する噂

テレビのニュース・アナが、だしぬけにおたくのことを喋りはじめた――

#1. Bloq yazmağa başladım

Salam! Bu gündən Azərbaycan dilində bloq yazım. Ancaq 2019-cu ildən bəri bloq yazmamışam, ona görə bloqda nə yazacağım bilmirəm. Nədən başlayacağam...?

HAQQIMDA

Hər şeydən əvvəl mənim haqqımda danışacağam, çünki fikirləşirəm ki, bu bloqu oxuyanlar mənim barəmdə heç nəyi bilmir.

Adım Yutorisedir(yap. ゆとりせ), təbii ki, bu, əsl adım deyil. Mən yaponam və Keio Universitetinin iqtisadiyyat fakültəsində oxuyan tələbəyəm, amma əslində dilçilik ilə maraqlanıram, iqtisadiyyat yox. Gələcəkdə türk dillərini tədqiq edən dilçi olmaq istəyirəm, fəqət bu çətin olduğunu bilirəm. Ana dilim yapon dilidir və İngilis dili də bir az bilirəm. Universitetdə üçüncü xarici dil olaraq Rus dilini oxudum, amma yaxşı danışa bilmirəm(İkinci xarici dil Çin dili idi, ancaq çox oxumadım). Üstəlik, Azərbaycan dili, Türk dili, Tatar dili və Fars dilini oxuyuram. 

Anadan olduğumdan bəri mən Tokioda yaşayıram. Bu şəhər dünyada ən böyük şəhər olduğunu bilirsiniz? Böyük Tokionun əhalisinin sayı 37 milyondur, və ÜDM Tokioda 2 trilyon ABŞ dollarıdır. Tokionun tarixi uzun deyil, amma orada çox maraqlı və həyəcana gətirən şey var. Doğma şəhərim haqqında başqa vaxtda danışım... 

Nəhayət, hobbilərim haqqında yazasıyam. Təbii ki, dil öyrənməsi də hobbimdir, amma bu barədə növbəti fəsildə danışacağam, ona görə indi başqa hobbilərim haqqında danışım. Mən bəzən animelərə baxıram. Ən sevdiyim iki anime "Kill la Kill" və "Re:Stage! Dream Days"dir. Vikipediyada "Kill la Kill" haqqında yazılan məqalə var, maraqlansanız oxuyun. Mən də bloqumda bu iki anime barəsində bir şey yazmaq istəyirəm. Yaxınlarda baxdığım ən maraqlı anime "Cyberpunk: Edgerunners"dir. Buna Netflixdə baxa bilirik, ona görə kaş buna baxasınız. Kompüter oyunları da önəmli hobbilərimdən biridir. Müxtəlif oyunlar oynayıram, və 2D fəaliyyat oyunları və roman oyunları bəyənirəm. Təzliklə oyunlar haqqında məqalə də yazasıyam. Səyahət, coğrafiya və velosiped də sevirəm.

NİYƏ AZƏRBAYCAN DİLİNDƏ BLOQ YAZIRAM?

rkcə öyrənən dostumun bloqundakı Türk dilində yazılan məqaləsini oxuduğum Azərbaycan dilində bloq yazmağımın səbəbidir. Bu ilin yayında Tokio Xarici Dillər Universitetində edilmiş intensiv dil kursunda Azərbaycan dilini oxudum. Bunu unutmaq istəmirəm və davam etdirmək istəyirəm. Dili öyrənmək üçün yazmaq vacib olduğunu düşündüm, ona görə bloq yazmaq yaxşı fikir idi. 

Fəqət bu məqalə oxuyanlar niyə Azərbaycan dilini öyrəndiyim soruşmaq istəyir, elə deyilmi? Maraqlanmasanız bağışlayın. Yazdığım kimi, dil öyrənməsi hobbimdir. Xüsusilə türk dilləri mənim üçün çox maraqlıdır. Türk dilləri arasında Azərbaycan dili mənim üçün xüsusi dildir, çünki mən Azərbaycan dilindən türk dillərinin əyləncəsini bilə bildim. Təzliklə bu barədə məqalə yazmaq istəyirəm.

BLOQUMDA NƏ YAZMAQ İSTƏYİRƏM?

Bloqum üçün hərəkətsiz planım yoxdur, ancaq yazmaq istədiyim çox mövzu var. Hobbim, səyahət, kitablar, dillər, həyatım... Hər şey haqqında yazacağam. Sadəcə Azərbaycan dilində yox, ana dilimdə, başqa sözlə yapon dilində də məqalə yazasıyam. 

Bloqumun sərlövhəsi barəsində yazıb bu məqaləni bitirim. Bu, bəyəndiyim qısa roman olan "おれに関する噂(Mənim haqqımda şayiələr)"dən adlandırıldı. 

Azərbaycancam hələ də yaxşı deyil, ona görə bu məqalədə çox səhv olduğunu fikirləşirəm. Pis mətnim oxuduğunuz üçün təşəkkür edirəm.

YAPONLAR ÜÇÜN

コピペして翻訳にかければ大意は掴めると思います。次の更新がいつになるかは分かりませんが、普通に日本語で記事を書くこともあるんじゃないでしょうか。多分。